AZ

YAP Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərindən olan Mirzaliyev Şərbala Mirzalı oğlunun və Zahidov Zülfi Ərəstun oğlunu 70 illik yubileyləri münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarları  təbrik edərək onlara  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Yubilyarlar Şərbala Mirzaliyev və Zülfi Zahidov  göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarının  onlar  üçün böyük qürur olduğunu söyləyiblər.

YAP Kürdəmir rayon təşkilatı tərəfindən  Şərbala Mirzaliyevə və Zülfi  Zahidova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştiraklarına  görə Fəxri Fərmanlar  və hədiyyələr  təqdim edilib.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr