AZ

“Neftçi” Abubakarla maaş məsələsində razılığa gələ bilmir

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Neftçi”nin “Beşiktaş”ın sabiq futbolçusu, Kamerun millisinin üzvü Vensan Abubakarı heyətinə qatmaq istədiyi barədə xəbər vermişdik.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Bakı klubu həqiqətən onu heyətinə qatmaq istəyir. 

Futbolçu ilə uzun sürən danışıqlar da aparılıb. Hazırda tərəflər sadəcə maliyyə məsələsində razılığa gələ bilmir. V.Abubakarın maaş tələbi “Neftçi”nin büdcəsinə uyğun deyil. 

Lakin paytaxt təmsilçisi ondan imtina etmək niyyətində deyil. Hələ də tərəflər arasındakı danışıqlar davam edir. 

Maliyyə məsələsində razılıq olacağı halda kamerunlu forvard Azərbaycana gələcək. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
qafqazinfo.az

1Mənbələr