AZ

Azərbaycanda ilk robot-assistentli laparoskopik əməliyyat icra olunub

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat uğurla icra olunub.Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz ölkəmizdə ilk dəfə Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyat öncəsi tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.
İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələlərini Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev icra edib, sonrakı mərhələlər isə ixtisaslı həkimlər tərəfindən uğurla davam etdirilib.Akademik Cəmil Əliyev bildirib ki, robotik cihaz konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından deyil, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilir.Sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat prosesini yerində izləyib.Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.Bu hadisə Azərbaycan səhiyyəsi üçün yeni perspektivlər vəd edən inqilabi mərhələ hesab olunur.


Seçilən
7
11
metbuat.az

9Mənbələr