AZ

“Boz kardinal” həbs edildi

Moldovanın ən qalmaqallı fiqurlarından biri hesab edilən, “boz kardinal” ləqəbli keçmiş oliqarx və Demokratik Partiyanın sabiq lideri Vladimir Plaxotnuk Yunanıstanda saxlanılıb.

Modern.az xəbər verir ki, o, bu gün səhər saatlarında Kişinyova ekstradisiya edilib və dərhal istintaq təcridxanasına yerləşdirilib.

Moldova mətbuatının yazdığına görə, Afina–Kişinyov reysi ilə gələn Plaxotnuku hava limanında xüsusi təhlükəsizlik tədbirləri altında polis əməkdaşları qarşılayıb. O, paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsinə aparılıb.

Moldovanın ədliyyə naziri Veronika Mixaylov-Moraru bildirib ki, Plaxotnuk təhlükəsizlik səbəblərinə görə ayrıca kamerada saxlanılacaq. Qeyd olunur ki, həmin kamera əvvəllər sabiq baş nazir Vlad Filat üçün təmir edilib.

Prokurorluğun məlumatına görə, sabiq oliqarx 26 sentyabrda məhkəmə qarşısına çıxarıla bilər. Hakimlər “milyardların oğurlanması” işi üzrə onun cinayət işinin ayrıca araşdırılıb-araşdırılmayacağına qərar verəcək.

Seçilən
10
2
modern.az

3Mənbələr