AZ

Əlisəmid Kürə görə Mehriban Əliyevaya müraciət etdilər

Azərbaycanın bir qrup ictimai xadim və ədəbiyyat adamları şair Əlisəmid Kürün müalicəsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıblar.

Kult.az xəbər verir ki, müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur.

Açıq məktubda deyilir:

"Hörmətli Mehriban xanım,

Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı göstərmiş, humanizm və xeyirxahlıq nümunəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır. Bu nəcib fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı çatdırırıq.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın tanınmış şairi, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Əlisəmid Kürün səhhətində ciddi problemlər yaranmışdır. O, sentyabrın 15-i axşam saatlarında qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 18 sentyabr tarixində isə Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Əlisəmid Kürün vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.

Əlisəmid Kür Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibi kimi fəaliyyət göstərib.

Sizin humanizm və ədəbiyyat xadimlərinə qayğı ənənənizə güvənərək, hörmətli şairimizin müalicəsinin Heydər Əliyev Fondunun nəzarətinə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Əvvəlcədən təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq."

Hörmətlə,

Nəriman Həsənzadə, Xalq şairi

Ramiz Rövşən, Xalq şairi

Sabir Rüstəmxanlı, Xalq şairi

Vahid Əziz, Xalq şairi

Afaq Məsud, Xalq yazıçısı

Çingiz Abdullayev, Xalq yazıçısı

Nizami Cəfərov, akademik

Rasim Balayev, Xalq artisti

Hacı İsmayılov, Xalq artisti

Şeyx Əbdül Mahmudov, Xalq artisti

Hüseyn Haqverdi, Xalq rəssamı

Aqil Abbas, deputat, yazıçı

Səyyad Aran, deputat, yazıçı

Elnarə Akimova , deputat, ədəbiyyatşünas

Rüstəm Behrudi, şair

Umud Rəhimoğlu, Əməkdar Mədəniyyət işçisi

Azər Turan, Əməkdar Mədəniyyət işçisi

Elçin Hüseynbəyli, Əməkdar İncəsənət xadimi

Səlim Babullaoğlu, şair

İlqar Fəhmi, Əməkdar Mədəniyyət işçisi

Məhəmmədhüseyn Hüseynov, Əməkdar rəssam

Vüqar Muradov, Əməkdar rəssam

Natik Səfərov, Əməkdar rəssam

Azad Əliyev, Əməkdar rəssam

İlqar Əlfi, Əməkdar jurnalist

Qabil Abbasoğlu, Əməkdar jurnalist

Yusif Rzayev, Əməkdar jurnalist

Paşa Qəlbinur, şair, həkim

Saday Budaqlı, yazıçı

Fəxri Uğurlu, yazıçı

Etimad Başkeçid, yazıçı

Şərif Ağayar, yazıçı

Mübariz Örən, yazıçı

İlham Əziz, yazıçı

Aqşin Yenisey, şair

Qismət Rüstəmov, şair

Mirmehdi Ağaoğlu, yazıçı

Şəhriyar del Gerani, şair

Ülviyyə Heydərova, yazıçı-dramaturq

Fərid Hüseyn, şair

Vasif Ayan, jurnalist.

Seçilən
8
12
axar.az

10Mənbələr