AZ

Tiflisdə ŞOK OLAY: Azərbaycanlını silahla hədələdilər – “Gürcücə danış, yoxsa ölkədən qovulacaqsan!”

Tiflisin mərkəzində ksenofobik insident baş verib. 

Musavat.com xəbər verir ki, paytaxtda yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, həmin şəxs azərbaycanlını ölkədən qovmaqla da hədələyib.

Hadisənin görüntülərini gürcü əsilli fəal Samirə Bayramova sosial şəbəkədə yayıb.

Samirə Bayramova

Kadrlarda təxribatçı şəxsin zərərçəkənə belə dediyi aydın eşidilir: “Niyə mənimlə gürcü dilində danışa bilmirsən? Səni bu ölkədən qovacağam, vətəninə qayıt”.

Görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Qeyd edək ki, bu, son günlər Gürcüstanda qeydə alınan etnik dözümsüzlük hallarından biridir. Bir neçə gün əvvəl Marneulidə gürcü dilini bilmədiyi üçün yeniyetmə azərbaycanlının döyülməsi ilə bağlı məlumat yayılmışdı. Hazırda hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Musavat.com

Seçilən
10
1
musavat.com

3Mənbələr