AZ

Azərbaycanda texnologiya ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı müzakirə

Ekologiya və Təbii Sərvətlər Nazirliyində iqlim dəyişmələri sahəsində “Azərbaycanda texnologiya ehtiyaclarının qiymətləndirilməsi” layihəsinə həsr olunmuş müzakirə təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, layihə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişindən irəli gələn öhdəliklərin icrası məqsədilə Qlobal Ekologiya Fondu və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə həyata keçirilir. Məqsəd ölkələrin iqlim dəyişmələri ilə mübarizədə prioritet texnologiya ehtiyaclarını müəyyənləşdirmək və gələcək maliyyə-texniki əməkdaşlığa zəmin yaratmaqdır. 2025-2027-ci illərdə həyata keçiriləcək layihə Azərbaycan da daxil olmaqla 17 ölkəni əhatə edəcək.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Su Ehtiyatları Agentliyininin Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, BMT-nin İnkişaf Proqramının Kopenhagen İqlim Mərkəzinin nümayəndəsi Matilda Briks Pedersen, Mərkəzin regional eksperti Ala Druta, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri, eyni zamanda beynəlxalq tərəfdaşlar, donor təşkilatları, akademik və tədqiqat sahəsində çalışan mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri iştirak edib.

Müzakirələrdə su, kənd təsərrüfatı, enerji, torpaq ehtiyatları, meşəçilik üzrə iqlim siyasəti ilə uzlaşdırılmış plan və proqramlar təqdim olunub.

Ü.Qarayev

XQ

Seçilən
0
7
xalqqazeti.az

8Mənbələr