FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
Millimizin MDB Oyunları üçün YEKUN HEYƏTİ
“Qarabağ”ın matçının biletləri satışa çıxarıldı
U-17-nin seçmə mərhələ oyunlarına HAKİM TƏYİNATLARI
Kamal Umudlu Avropa çempionatı matçlarında