“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəyi oyunun biletləri bu gün satışa çıxarılacaq.
Sportinfo.az xəbər verir ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP
Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi stadionda bəzi yeniliklər edilib.
Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.