AZ

Axtarışda olan milyarder ölkəsinə təhvil verilib

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yunanıstan hökuməti Moldovanın keçmiş Demokrat Partiyası lideri, siyasi xadim və oliqarx Vladimir Plaxotnyuku öz ölkəsinə ekstradisiya edib.Reyting.az "NewsMaker" nəşrinə istinadla bildirir ki, Plaxotnyuka Moldovada üç cinayət işi üzrə ittiham irəli sürülüb. Bunların sırasında 1 milyard dollarlıq mənimsəmə iddiası da var. Yerli nəşrin yazdığına görə, "qaranlıq iş adamı" sayılan Plaxotnyuk 2025-ci ilin aprelində beynəlxalq axtarışa verilib. Milyarder və siyasətçi iyul ayında Yunanıstanda saxlanılıb. 2010-cu illərdə ölkənin ən nüfuzlu şəxsi sayılan Plaxotnyuk hökumətin, həmçinin parlamentin üzərində qeyri-rəsmi təsirə malik olmaqda ittiham olunurdu. Bütün bunlara baxmayaraq, 2019-cu ilin siyasi böhranından sonra planları alt-üst edilən oliqarx ölkəni tərk etməli olmuşdu. Rusiya da ona qarşı maliyyə fırıldaqları, eləcə də narkotik qaçaqmalçılığı ilə bağlı cinayət iş açıb. Plaxotnyuk həmçinin ABŞ və Avropa İttifaqının sanksiyaları altında idi. Xatırladaq ki, 28 sentyabrda Moldovada parlament seçkiləri keçiriləcək.Oqtay QORÇU Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
reyting.az

2Mənbələr