AZ

DTX nin həbs etdiyi Ammar Azeri yə hökm oxundu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, “Ammar Azeri” ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Zeynəddin Hacıyev AR Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
25
globalinfo.az

10Mənbələr