AZ

Ziyarətgah MÜZAKİRƏSİ Quranda adı keçən Əshabi Kəhflə bağlı SİRLƏR açıldı

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İllərdir ictimai müzakirələrdə ziyarətgah anlayışı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ilahiyyatçılar İslamda belə bir anlayışın mövcud olmadığını bildirir. Digər tərəfdən isə, xüsusilə Naxçıvandakı Əshabi Kəhf mağarası Quranda adı çəkildiyi iddia edilərək ziyarətgah kimi tanınır.Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda vəfat etmiş yaxınları ziyarət etmək və onlara dua oxumaq tövsiyə edilir:“Qəbirləri pirə, məbədə və ya biznes mərkəzinə çevirmək haqda Quranda heç bir dəlil yoxdur. Peyğəmbər (s.ə.s) buyurub ki, qəbirləri ziyarət edin, çünki bu, sizə axirəti xatırladır. Burada qəbahət yoxdur. Qəbahət qəbirləri və ziyarət edilən məkanları xurafatla, mövhumatla əlaqələndirməkdir”, - deyə o bildirib.İlahiyyatçı vurğulayıb ki, Əshabi Kəhfin Quranda adı çəkilir, lakin həmin mağaranın dəqiq harada yerləşməsi barədə məlumat yoxdur:“Dünyada bir neçə mağara bu hadisə ilə əlaqələndirilir. Onlardan biri də Naxçıvandakı Əshabi Kəhfdir. Oranı ziyarət etmək, orada dua etmək, hətta namaz qılmaq olar. Amma bu məkanda edilən ibadətin başqa yerlərdən daha üstün qəbul olunduğunu düşünmək İslama uyğun deyil. Bu, sadəcə təbiət abidəsi və turizm baxımından gözəl bir məkandır.”Onun sözlərinə görə, İslamda ziyarət qadağan deyil, sadəcə doğru formada edilməlidir:“Qəbrə, tarixi və ya təbiət abidəsinə baş çəkmək olar. Əsas odur ki, bunu xurafat, mövhumat və bidətlə qarışdırmamaq lazımdır. Ziyarətgah anlayışı qadağan deyil, sadəcə İslama zidd formada təqdim edilməsi doğru deyil.”Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
bizim.media

3Mənbələr