“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünün biletləri satışa çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, azarkeşlər Danimarkanın “Kopenhagen” kollektivi ilə qarşılaşmanın biletlərini sabah saat 12:00-dan onlayn qaydada əldə edə bilərlər.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu ilk turda Portuqaliyada “Benfika”ya qalib gəlib (3:2).