AZ

Tiflisdə ŞOK OLAY: Azərbaycanlını silahla hədələdilər – “Gürcü dilində danış, yoxsa ölkədən qovulacaqsan!”

Tiflisin mərkəzində ksenofobik insident baş verib. 

Paytaxtda yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, həmin şəxs azərbaycanlını ölkədən qovmaqla da hədələyib.

Hadisənin görüntülərini Tiflisdə yaşayan Azərbaycan kökənli ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə yayıb.

Samirə Bayramova

Kadrlarda təxribatçı şəxsin zərərçəkənə belə dediyi aydın eşidilir: “Niyə mənimlə gürcü dilində danışa bilmirsən? Səni bu ölkədən qovacağam, vətəninə qayıt”.

Görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Qeyd edək ki, bu, son günlər Gürcüstanda qeydə alınan etnik dözümsüzlük hallarından biridir. Belə ki, bir müddət öncə Gürcüstanın Marneuli (Sarvan) şəhərində azərbaycanlı azyaşlıya qarşı xoşagəlməz hadisə baş verib. Meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani yeniyetməni şirniyyat mağazasından qovaraq ona “öz ölkənə qayıt” deyiblər. Hazırda hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Musavat.com

Seçilən
7
1
editor.az

3Mənbələr