AZ

1-ci Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi ADA Universitetində keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiyaİnstitutunun (Institute for Development and Diplomacy – IDD)təşkilatçılığı ilə 1-ci Azərbaycan - Birləşmiş Krallıq SiyasətDialoqunun açılış mərasimi baş tutub.

Trend xəbər verir ki,Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığıilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib.İştirakçılar arasında parlament üzvləri, yüksək vəzifəli hökumətrəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları,media nümayəndələri və müstəqil ekspertlər yer alıb.

İki gün davam edəcək tədbir dəyişən qlobal nizamdaAzərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və stratejitərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq,xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm vəinnovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub.Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma vəpraktiki əməkdaşlığa təkan verəcək.

Açılış mərasimində ADA Universitetinin prorektoru və MilliMəclisin deputatı Fariz İsmayılzadə, BöyükBritaniya və Şimali İrlandiya Birləşmiş Krallığının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri FergusAuld, və bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli çıxış ediblər.

Proqramın “Dəyişən Qlobal Nizamda Azərbaycan- Birləşmiş Krallıqİkitərəfli Münasibətləri və Strateji Tərəfdaşlıq” mövzusuna həsrolunmuş ilk panelində Britaniya Parlamentinin Lordlar Palatasınınüzvü Lord Aamer Sarfraz, Britaniya Parlamentinin keçmiş deputatıDavid Duguid, daha sonra Azərbaycan Respublikası Milli Məclisinindeputatları Səməd Seyidov və Sevinc Fətəliyeva iştirak ediblər.

Tədbirin ilk günü iştirakçılardan Böyük Britaniya AbrahamAccords Group-un sədri Sir Liam Fox, The City of LondonKorporasiyasının Aldermanı Prof. Emma Edhem, Böyük Britaniyaparlamentinin keçmiş deputatı və keçmiş xarici işlər naziri RehmanChishti və Böyük Britaniya parlamentinin keçmiş deputatı Dr.Matthew Offord Azərbaycan və Birləşmiş Krallıq arasında stratejitərəfdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərinmöhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasınınəhəmiyyətini qeyd ediblər.

1-ci
1-ci
1-ci
1-ci
1-ci
Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr