AZ

AFFA "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.

Publika.az xəbər verir ki, Naxçıvan təmsilçisi 500 manat ziyana düşüb. Buna futbolçu Slavik Alxasovun Premyer Liqanın V turunda, "Qarabağ"la matçda ikinsi sarıdan qırmızı vərəqə alması səbəb olub. Oyunçu bir oyunluq cəza alıb.

Ağdam təmsilçisi 5000 manat ödəməli olacaq. Komandanın azarkeşləri sözügedən qarşılaşmada rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.

"Sabah" isə 2000 manat cərimələnib. "Turan Tovuz"la görüş zamanı Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi paytaxt təmsilçisini ziyana salıb.

Seçilən
4
18
publika.az

10Mənbələr