AZ

“Ora-burasını şişirdənlər efirləri doldurub” - Meyxana qalmaqalı böyüyür

Son illər Azərbaycan şou-biznesində qalmaqallar artmaqdadır. Ənənəvi musiqi janrları ilə meyxana arasında münasibətlər isə daim müzakirə mövzusudur. Bu dəfə klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında gərginlik yaşanıb. Hər iki sənətçi sərt fikirlər səsləndirib. Söhbətin mərkəzində isə meyxanaların gənclərin tərbiyəsinə təsiri dayanır.

Bu barədə Yenisabah.az-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı bildirib ki, insanları meyxanalar yox, efirlərdə yayımlanan bayağı verilişlər və məzmunlar pozur.
İfaçı nəzərə çatdırıb ki, insan pozulmağa meyillidirsə, bunu meyxananın üstünə atmaq olmaz: Dördpendirli pizza
“Əziz xalqım, insanları meyxanalar yox, efirlərdə gedən seriallar, komediyalar, ora-burasını şişirdib verilişlərə çıxanlar, hər yerlərini açıb göstərənlər pozur. Belə şeyləri niyə görən olmur? Niyə heç kəs onları tənqid etmir? Meyxananın daşı ağır olub, düşüb hamının başına. Meyxanadan nə istəyirlər, bilmirəm. Bizim sənətimiz heç kəsin tərbiyəsini filan pozmur. Əgər bir insan pozulmağa meyillidirsə, günahı kiminsə və ya nəyinsə üstünə yıxmaq lazım deyil”.
Samirə Yusifqızı qeyd edib ki, meyxanaçılar hər zaman çalışır, əziyyət çəkir və öz sənətlərini layiqincə davam etdirirlər.
“Meyxanaçılar hamısı çalışır, əziyyət çəkir, işini görür. Bu şayiələri yayan insanlar da meyxananı gözü götürməyənlərdir. Bu dəqiqə məclislərə ən çox dəvət olunan insanlar meyxanaçılardır. Kənardan baxanlar da bunu qəbul edə bilmirlər. Hüseynə gəldikdə isə o, bizim dostumuzdur. Hüseyn bəzi meyxanaları nəzərdə tutaraq həmin fikirləri səsləndirib. Bu cür fikirləri ümumi meyxanaya şamil etmək olmaz. Özü də gözəl musiqiçidir. Hardasa sözündə həqiqət var, amma meyxana heç kəsə pis nəsihət vermir”.
Meyxanaçının sözlərinə görə, efirlərə çıxan aparıcıların davranışları daha çox tənqid olunmalıdır.
“Aparıcılarımıza baxıb, elə onları mübahisə etsələr kifayətdir. Efirlərə nə hallarda çıxdıqlarını hər kəs görür. Meyxana da sırf bizə məxsusdur. Dünyanın heç bir yerində belə şey yoxdur. Qədrini bilməliyik, amma əksini edirik. Çalışmalıyıq ki, sənətimizi daha da inkişaf etdirək və dünyaya tanıdaq. Bizim insanlar isə baltalamağı daha üstün tuturlar”.

Seçilən
4
4
yenilik.az

5Mənbələr