AZ

Aşıq Namiqdən 940 manatlıq borcla bağlı açıqlama: "300-400 minlik evdə qalıram..."

"Həccə gedən adamın borcu olmamalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Namiq Fərhadoğlu yaşadığı ərazidə mağazaya 940 manat borcunun olması ilə bağlı paylaşıma münasibət bildirərkən deyib. 

Aşıq bu günə kimi heç kimə borcu olmadığını bildirib:

"Mənim kimə borcum var? Camaatın mənə borcu var, şükür Allaha. Bu paylaşıma baxanda çox güldüm, adam oturub ssenari yazıb. Həcc ziyarətindən gəlməyim 5 ilə yaxındır. Niyə bu vaxta kimi deməyib? Bütün günü efirlərdəyəm, baxıın, nə qədər adama yardım edirəm, bunu hamı görür. Başqasına yardım edən adam öz borcunu bağlaya bilmir? Mən o haldayam ki, kiməsə borcum olsun? Yəqin yumorla yazıb, guya səhifəsini aktivləşdirir. Kiməsə borclu qalmağı sevmirəm. Bu yaşıma kimi kiməsə borclu olmamışam. Sabah nə olacaq bilmirik, Allah böyükdür”.

"Belə pis çıxmasın 60-70 minlik avtomobil sürürəm, 300-400 minlik evdə qalıram, amma 900 manat borcum var? Xəstədir bunlar? Verilişimin sponsoru özüməm. Deyir "siyahını aç və yaz həcci? Mən belə adama oxşayıram? Əgər doğrudan da mənim qonşuya, onun mağazasına borcum varsa, bunu niyə mənə demir? Adam məni qonşuluqda görmür? Borcu olana deyərlər də, daha durub sosial şəbəkədə yazmazlar ki", deyə aşıq əlavə edib.

Qeyd edək ki, sosial şəbəkədə Aşıq Namiq Fərhadoğlunun mağazaya 940 manat borcu olması barəfə paylaşım edilib. Mağaza sahibi yazır:
 
Seçilən
4
7
demokrat.az

8Mənbələr