AZ

Bakıda yeni avtomobil yolunun inşası 35 % icra edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyev küçəsi – "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisini 35 % icra edib.

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.

Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq inşa edilir.

Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.

Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.

Layihə üzrə nəzərdə tutulmuş 9 899 ədəd svay və jetdən – bu günə qədər 4 559 ədədi, 3 400 metr rigeldən 1 314 metri, 1 346,5 metr istinad divarından 431 metri inşa edilir.

Hazırda "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92 %-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.

 

Seçilən
8
9
bakivaxti.az

10Mənbələr