AZ

Tbilisi merindən Zelenskiyə xəbərdarlıq - "Hər kəs cavab verəcək!"

"Ukrayna prezidenti Volodimir Zelenski xalqı və ölkəsi qarşısında etdiklərinə görə cavab verəcək". 

"Unikal" xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib. 

"Zelenski öz ölkəsinə baxmalı və nələr itirdiyini, xalqına, ölkəsinə etdiklərini danışmalıdır. Əlbəttə, vaxt keçəcək və o, cavab verməli olacaq", - Kaladze bildirib. 

Məlumata görə, BMT Baş Assambleyasında çıxışı zamanı Zelenski deyib ki, Avropa “Gürcüstanı itirib” və orada insan haqlarının vəziyyəti daha da pisləşir. Onun bu açıqlaması Gürcüstan hökumətinin narazılığına səbəb olub. 

Gülayə Mecid

Seçilən
1
2
unikal.az

3Mənbələr