AZ

Vəkil Şaiq Mirzəyev Mikayıl İsmayılova məxsus Az-Qranata MMC-nin baş direktoru olub


Həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb.

Məlumata  görə, Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş  departamentinin  müdiridir.  

Redaksiyamıza  daxil olan məlumata görə, Şaiq Mirzəyev 2020-ci ildə  “Az-Qranata” MMC-yə baş direktor təyin edilib. Amma uzun  müddət işləyə  bilməyib. 

 “Az-Qranata” MMC-nin  SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılova və ailəsinə məxsus olması  barədə  mediada xeyli məlumatlar  yayılıb. 



Seçilən
3
nuh.az

1Mənbələr