AZ

G7 ölkələri Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə imkanlarını müzakirə edəcək

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri oktyabrın 1-də videokonfrans formatında görüş keçirəcək. Görüşün əsas gündəmlərindən biri dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadə edilməsi planı olacaq.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinin yazdığına görə, Avropa İttifaqı, Böyük Britaniya və Kanada bu prosesin sürətləndirilməsi üçün ciddi cəhdlər göstərir, ABŞ isə hazırda buna açıq etiraz etmir.

Almaniya Rusiya aktivlərinin Ukraynaya yönləndirilməsi ideyasını rəsmi şəkildə dəstəkləyən ilk Avropa ölkəsi olub. Əvvəllər daha ehtiyatlı mövqe sərgiləyən Fransa və İtaliya isə hazırda Avropa Komissiyasının irəli sürdüyü mexanizmin müzakirəsinə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya aktivlərinin böyük hissəsi – təxminən 229 milyard avro Belçikada yerləşən “Euroclear” maliyyə platformasında saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
azertag.az

3Mənbələr