AZ

Paytaxtda yeni avtomobil yolunun inşası 35 % tamamlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisini 35 % icra edib.Metbuat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq inşa edilir.Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.Layihə üzrə nəzərdə tutulmuş 9 899 ədəd svay və jetdən bu günə qədər 4 559 ədədi, 3 400 metr rigeldən 1 314 metri, 1 346,5 metr istinad divarından 431 metri inşa edilir.Hazırda "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92 %-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.


Seçilən
7
9
metbuat.az

10Mənbələr