AZ

Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb -FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.

 

"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub. 

Seçilən
10
20
senzor.az

10Mənbələr