AZ

Professor: Azərbaycan prezidenti BMT-də yeni dünya lideri kimi təqdim olunur

Professor:

“BMT Baş Assambleyasının iclası “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr edilib. İclasın dünyanın əsas gündəmində olması normal və təbiidir. Əslində bu, Baş Assambleyanın 80-ci ililliyi ilə bağlı yubiley tədbiridir. İkincisi, BMT-nin üzvü və səs hüququ olan hər bir dövlətin Baş Assambleyanın iclasında iştirakı və çıxışı önəmlidir. Bu baxımdan BMT Baş Assambleyasının toplantısı bizim üçün də maraqlı və faydalıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Baş Assambleyanın 80-ci illiyi ABŞ prezidenti Donald Trampa imkan verib ki, özünü yenidəın dünyaya tənqim etsin. Bu, onun üçün əlavə şansdır və özünü müharibələri bitirən, sülhün tərəfdarı olan fiqur kimi göstərir.

Professor qeyd edib ki, bu, eyni zamanda Donald Trampın liderliyi ilə ABŞ-ı dünyanın hegemon dövləti olduğunu göstərmək imkanıdır:

“Ancaq BMT özü mövcud sistem daxilində heç nəyə yaramır. Dünyanın taleyini daha çox BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət həll edir. Burada Çin və Rusiya eyni mövqedə dururlar. ABŞ, İngiltərə və Fransa isə eyni mövqeyi qoruyurlar. Məsələn, son 20 il müddətində dünyada 27-yə yaxın qarşıdurma, müharibə, gərginlik ocağı olub, təəssüflər olsun ki, BMT onlardan birini belə dayandıra bilməyib. Hazırda da BMT eyni problemi yaşayır. Belə davam edərsə, şübhəsiz ki, BMT-nin çəkisi daha da azalacaq. Odur ki, Baş Assambleyanın 80 illik yubileyi bu qurumda ciddi islahatların başlanması üçün vəsilə ola bilər”.

C. Nuriyev əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə prezidentləri dəfələrlə BMT-də islahatların olmasının vacibliyinə toxunublar. Bu baxımdan BMT-də ciddi və dərin islahatlar qaçılmazdır.

Müsahibimizin fikrincə, BMT-nin Baş Assambleyasının yubiley toplantısında Azərbaycan dövlətinin maraqları yüksək səviyyədə təmsil olunur: “Biz qəbul zamanı Tramp və Azərbaycan lideri arasında dialoqu müşahidə etdik. Donald Tramp Azərbaycana, onun liderinə xüsusi münasibətini nümayiş etdirdi. Göründü ki, Amerika lideri Azərbaycan prezidentinə dost münasibət sərgiləyir, şəxsi münasibətləri yüksək səviyyədədir. Bu baxımdan da qurumun toplantısı bizim üçün maraqlıdır. Hazırda dünyada nüfuz savaşı gedir. Bu prosesdə Azərbaycan dünyada nüfuzunu qoruyan və artıran dövlət kimi önə çıxıb. Mənim qənaətimcə, bu tədbirdəəsas məsələrdən biri də Azərbaycan prezidentinin dünya liderlərindən biri kimi təqdim edilməsidir. Bizim müşahidə etdiyimiz budur”.

Nemət ORUCOV
Reyting.az
Seçilən
3
1
reyting.az

2Mənbələr