AZ

Elm və təhsil nazirinin Gədəbəydə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 26-da Gədəbəy şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən XQ-yə bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinlərinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Seçilən
1
4
xalqqazeti.az

10Mənbələr