Bakı. Trend:
230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası fəaliyyətəbaşladığı andan etibarən 900 milyondan çox kVt/saat bərpa olunanenerji istehsal edib.
Bunu Trend-ə“Masdar” (BƏƏ) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəriMurad Sadıxov Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl EnerjiHəftəsi(Azerbaijan & Central Asia Green Energy Week 2025)çərçivəsində deyib.
“230 MVt gücündə ‘Qaradağ’ günəş elektrik stansiyası istismaraverildiyi andan etibarən 900 milyondan kVt/saatdan çox bərpa olunanenerji istehsal edib. Qarşıdakı dövrdə Qaradağda ‘yaşıl enerji’istehsalı 1 milyard kVt/saat göstəricisinə çatacaq. Bu xüsusi önəmkəsb edir, belə ki, stansiya fəaliyyətə başladığı zaman MDBölkələri arasında ən böyük günəş elektrik stansiyası idi”,- deyə obildirib.
Qeyd edək ki, 26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə“Qaradağ” günəş elektrik stansiyasının rəsmi açılış mərasimikeçirilib.
“Qaradağ” günəş elektrik stansiyası Xəzər regionunda və MDBməkanında ən böyük stansiyadır. Stansiya 262 milyon ABŞ dollarıməbləğində xarici investisiyalar hesabına inşa olunub. Bu,ölkəmizdə xarici investisiyaların cəlb edilməsi ilə həyatakeçirilən ilk sənaye günəş elektrik stansiyasıdır.