AZ

Agentlik nümayəndələri Türkiyədə rəqabət sahəsində təcrübə mübadiləsi proqramında iştirak etdilər

BAKI, 25 sentyabr.TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələriAnkara şəhərinə səfər ediblər.

Qurumdan Teleqraf-a verilən məlumata görə, səfər zamanı Agentlik nümayəndələri Türkiyə Rəqabət Qurumu ilə təcrübə mübadiləsi proqramı çərçivəsində keçirilmiş tədbirlərdə iştirak ediblər.

Sözügedən mübadilə proqramına həsr edilmiş görüşlərdə Türkiyə Rəqabət Qurumu tərəfindən ölkədə rəqabət siyasətinin təşviqi üzrə görülən işlər barədə məlumat verilib, tətbiq edilən mexanizmlər və təcrübələrə nəzər salınıb. Türkiyə Rəqabət Komissiyasının müvafiq sahədə qanunvericiliyin pozulması halları ilə bağlı təsərrüfat subyektləri ilə keçirdiyi görüş və müzakirələrdə də Agentlik nümayəndələrinin iştirakı təmin olunub. Burada rəqabət pozuntusu halları üzrə araşdırma metodları və işlərin qaldırılmasına dair nəzəri və praktiki biliklər əldə olunub.

Bundan əlavə, Azərbaycanda qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan Rəqabət Məcəlləsində yer alan tənzimləmə müddəalarından söz açılıb, biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar, inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizə üsulları barədə məlumat verilib.

Sonda hər iki qurum arasında kadr potensialının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
53
3
teleqraf.com

4Mənbələr