AZ

Üç min illik firon bilərziyi oğurlanaraq əridilib

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misirdə üç min illik firon bilərziyi oğurlanaraq əridilib.Reyting.az "NBC News" kanalına istinadla bildirir ki, Misir fironu Amonemopetə məxsus 600 qramlıq qızıl bilərzik Qahirə muzeyindən bir restavrator tərəfindən oğurlanıb. Daha sonra o, əşyanı tanışına verib və bu qədim bilərzik dəyərindən qat-qat ucuz qiymətə müxtəlif zərgərlərə satılmaqla, qızıl zavodunda əridilib.Bu oğurluq hadisəsi ilə bağlı dörd nəfər, o cümlədən muzey əməkdaşı saxlanılıb. Oğru dəstəsindən bilərziyin müqabilində qazandıqları pullar müsadirə olunub.Oqtay QORÇU Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
reyting.az

2Mənbələr