AZ

Türkiyənin nüfuzlu universitetlərinin rektorları Diaspor Komitəsində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəkiuniversitetlərin rektorlarının və İğdır Azərbaycan Evininrəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimisalamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinindostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcudbağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgəfəaliyyətə stimul verdiyini qeyd edib.

Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoludareallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumatverilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarınınyetişdirilməsinin və üzə çıxarılmasının vacibliyindəndanışılıb.

Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən VZəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, bizhamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki,xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlıolsunlar” fikrini xatırladan komitə sədri əslən Qərbi Azərbaycandanolan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyatakeçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdanməmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyətdaşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görəminnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısıolmağımızın üstünlüklərindən danışıblar.

Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsindəyaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyüktöhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadancəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndəheyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə vəgörüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davametdirilməsinin vacibliyini söyləyiblər.

Görüşdə türkdilli dövlətlərin vahid diasporunun yaradılması,Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi,DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrininintensivliyi, universitetlərlə ortaq layihələrin həyatakeçirilməsi, Şərqi Anadoluda yaşayan azərbaycanlıların ali təhsiləmaraqlarının artırılması istiqamətində fikir mübadiləsiaparılıb.

Komitə sədrinin Qars və İğdır bölgələrinə səfəri zamanı oradakıAzərbaycan icması ilə, eləcə də hər iki bölgənin rəsmi şəxsləri iləgörüşdüyü, həmçinin Qars Qafqaz Universitetini ziyarət etdiyi, aliməktəbin müəllim və tələbə heyəti ilə yaxından tanış olduğu nəzərəçatdırılıb. Bununla yanaşı, komitənin mütəmadi olaraq Türkiyədəkidiaspor təşkilatları ilə birgə 20 Yanvar faciəsi, Xocalı soyqırımıvə ölkəmizin digər önəmli günləri ilə bağlı kütləvi tədbirlərkeçirdiyi, müxtəlif şəhərlərdə bayram günləri münasibətilə böyükkonsert proqramları təşkil etdiyi xatırladılıb. Həmin tədbirlərdəminlərlə azərbaycanlının, eləcə də türklərin və ölkəmizi sevəndigər xalqların nümayəndələrinin iştirak etdiyi vurğulanıb. Yaxınvaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərininforumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib.

Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqındadanışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdəyaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların anadilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlaryaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəriZiya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, QarsQafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin ÇoruhUniversitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim ÇeçenUniversitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant BaysalUniversitetinin rektoru Mustafa Alişarlı, Ərzurum TexnikiUniversitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü YılUniversitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetininrektoru Öztürk Emiroğlu daxildir.

Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndəheyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionunnüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektiviilə görüşləri də nəzərdə tutulur.

Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Seçilən
7
4
az.trend.az

5Mənbələr