AZ

Ukrayna Kremli vuracaq? Zelenski ABŞ dən yeni silah alınacağına eyham vurdu

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Əgər Rusiya Ukraynadakı müharibəyə son qoymasa, Kreml rəsmiləri ən yaxın bomba sığınacağının harada olduğunu bilməlidirlər. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasından Kiyevə yola düşməzdən əvvəl “Axios”-a müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Rusiya hədəflərinə, xüsusilə enerji infrastrukturuna və silah istehsalı obyektlərinə zərbələr endirmək üçün ABŞ Prezidenti Donald Trampın “aydın dəstəyinə” malikdir. Prezident həmçinin bildirib ki, Ukrayna ABŞ-dən əlavə uzaqmənzilli silahlar alarsa, onlardan istifadə edəcək.

Zelenskinin dediyinə görə, o, Trampla görüşü zamanı "yeni silah sistemi" ilə bağlı konkret bir tələb irəli sürüb. Hansı ki, bu silah "Putini danışıqlar masasına oturmağa məcbur edəcək". Tramp isə cavabında ona “biz bunun üzərində işləyəcəyik” deyib.

Ukrayna Prezidenti həmçinin, “biz terrorçu deyilik” deyərək Ukraynanın dinc əhalini bombalamayacağını qeyd edib. Bununla yanaşı, eyham vurub ki, “Rusiyanın Kreml kimi güc mərkəzləri”nin vurulması danışıqlar masası üzərindədir: "Onlar bomba sığınacaqlarının harada olduğunu bilməlidirlər. Bu, onlara lazımdır. Onlar bilməlidirlər ki, biz hər gün cavab verəcəyik. Əgər bizə hücum etsələr, cavab verəcəyik".

Bundan başqa, Ukrayna liderinin sözlərinə görə, görüş zamanı “Tramp Ukraynanın Rusiyanın zərbələrinə natura şəklində cavab verməsi məsələsini qaldırıb”.

Zelenski artıq Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək qabiliyyətinə malik pilotsuz təyyarələrə malik olduğunu da deyib. Ancaq həmçinin, müharibənin sonunu sürətləndirmək üçün əlavə silah sisteminə ehtiyac olduğunu qeyd edib:

"Prezident Tramp bilir - mən dünən ona dedim - bir şeyə ehtiyacımız var. O bizə lazımdır, lakin bu, ondan istifadə edəcəyik demək deyil. Ancaq bunu etsək, düşünürəm ki, bu, Putinə danışıqlar masasına gəlmək üçün əlavə təzyiq göstərəcək".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
50
azpolitika.info

10Mənbələr