AZ

Şəkidə 28 yaşlı kişini avtomobillə vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Şəkidə 28 yaşlı kişini avtomobillə vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, onun Şəki rayon sakini Coşqun Məmmədov olduğu, qəzanı idarə etdiyi "Volkswagen" markalı avtomobillə törətdiyi müəyyən edilib. Aparılmış əməliyyat-axtarış tədbir nəticəsində C. Məmmədov saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

***

09.47

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.

1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, sentyabrın 25-də saat 01:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş koma, kəllə-beyin travması diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Seçilən
11
1
apa.az

10Mənbələr