AZ

DİQQƏT: Azərbaycanda bu ailələrə birdəfəlik müavinətlər veriləcək? Deputat AÇIQLADI KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Joqorku Keneş (parlament) “Qırğızıstanda dövlət pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini üç oxunuşda qəbul edib. Prezident Sadır Japarov isə 2024-cü ildə yüksək dağlıq bölgələrdə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin verilməsi haqqında fərman imzalayıb. Onun sözlərinə görə, 2026-cı ildən etibarən ölkədə çoxuşaqlı ailələrə bu cür sosial dəstək təqdim olunacaq.

Bəs, Qırğızıstandakı kimi birdəfəlik müavinətlərin Azərbaycanda tətbiqi mümkündürmü?

Milli Məclisin deputatı Aydın Mirzəzadə KONKRET.az-a açıqlamasında bildirib ki, hər bir ölkə öz sosial siyasətini iqtisadi imkanları və mövcud şəraitinə uyğun müəyyən edir:

“Azərbaycanda sosial siyasət dövlətin əsas prioritetlərindəndir. Büdcəmizin 40 faizdən çoxu sosialyönümlü proqramlara ayrılır. Hər il təhsilə, səhiyyəyə, mədəniyyətə və sosial təminat proqramlarına yönəldilən vəsait artır. Ölkəmizdə orta əməkhaqqı, minimum əməkhaqqı, sonradan isə pensiya ödənişləri davamlı şəkildə artırılır”.

Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı da dövlətin diqqətindədir:

“Cənab Prezident mütəmadi olaraq bölgələrə səfər edir, iş yerlərinin yaradılması, mənzil tikintisi kimi məsələlərə xüsusi diqqət göstərir. Sosial evlərin tikintisi və aztəminatlı ailələrin mənzillə təmin olunması da dövlətin əsas prioritetlərindəndir”.

Mirzəzadənin sözlərinə görə, Azərbaycan sosial siyasətini əhalinin ehtiyaclarına və dövlətin maliyyə imkanlarına uyğun qurur.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
konkret.az

2Mənbələr