Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərdədir.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 25-də Baş nazir Moskvada keçiriləcək “Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak edəcək.
Xatırladaq ki, Nikol Paşinyan və Vladimir Putin sonuncu dəfə avqustun 31-də Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
Nilufər