AZ

"Qarabağ"dan möhtəşəm addım - Sektorların adı Xocalı, Laçın, Kəlbəcər və...

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.

Bu barədə BAKU.WS-ə "Qarabağ" klubundan məlumat verilib.

Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

Qarşılaşmanın biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

Seçilən
15
6
far.az

10Mənbələr