AZ

"Mançester Yunayted" kolumbiyalı futbolçu ilə razılıq əldə etdi

BAKI, 25 sentyabr. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Teleqraf məşhur insayder Pipe Syerraya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Kolumbiyanın "Fortaleza" komandasının yarımmüdafiəçisi Kristian Orosko ilə razılıq əldə edib.

17 yaşlı kolumbiyalı oyunçu 18 yaşı tamam olduqdan sonra Mançester təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, Kristian Orosko 17 yaşadək futbolçulardan ibarət Kolumbiya yığma komandasının kapitanıdır.

Seçilən
54
teleqraf.com

1Mənbələr