AZ

Baş ağrısı yüksək təzyiqdən qaynaqlana bilərmi? – Nevroloq izah edir

Baş ağrısı çox yayılmış şikayətlərdən biridir və insanların bir çoxu bunu gündəlik həyatın adi hissəsi kimi qəbul edir. Bəzən isə baş ağrısı ilə birlikdə ölçülən yüksək təzyiq, dərhal səbəb kimi görülür.

E-saglam.az xəbər verir ki, nevroloqlar xəbərdarlıq edir ki, bu əlaqə hər zaman düzgün olmaya bilər və baş ağrısının səbəbləri diqqətlə araşdırılmalıdır.

"Adətən bir insanda baş ağrısı başlayır, o, təzyiqini ölçür və görür ki, yüksəkdir, bundan çıxış edərək ağrının səbəbinin yüksək təzyiq olduğunu düşünür. Loji olaraq əlaqəli görünə bilər, amma bəzən bu qənaət yanlışdır," - deyə beynəlxalq Parkinson və hərəkət xəstəlikləri cəmiyyəti və Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Natalya Ardaşirova bildirib .

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən, hər il 18-65 yaş arasında dünyada böyüklərin 50-75%-i baş ağrısı ilə qarşılaşır. Klinik praktikada 150-dən çox baş ağrısı növü müəyyən olunub və hipertoniya (yüksək təzyiq) onların beşliyi içində ən çox rast gəlinən səbəblərdən biridir.

Yüksək təzyiq zamanı baş ağrısı əsasən səhərlər arxada, başın arxa hissəsində hiss olunur, orta intensivlikdə olur və antihipertenziv dərman qəbulundan sonra keçir.

Ardaşirova bildirir ki, Beynəlxalq Baş Ağrısı Təsnifatının üçüncü nəşrinə əsasən, yalnız aşağıdakı hallarda təzyiq baş ağrısının səbəbi ola bilər: sistolik (yuxarı) təzyiq 180 mm civə sütunundan yuxarı və/və ya diastolik (aşağı) təzyiq 120 mm civə sütunundan yüksəkdirsə.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr