AZ

“Qarabağ” varsa… Bizə daha nə lazımdır?” - VİDEO

“Matçdan öncə “Qarabağ”dan ən azı heç-heçə gözləyirdim.

Çünki “Benfika” ötən mövsümdən xeyli geri gedib.

Çox önəmli futbolçular, Anxel Di Mariya, Kerem Aktürkoğlu kimi adlar komandanı tərk edib.

Bu detallar “Qarabağ”ın qələbəsinə kölgə salmaq kimi düşünülməsin. Meydan sahibləri “Qarabağ” qədər oturuşmuş kollektiv deyil.

Bütün bunlara baxmayaraq, bizə nə lazım idi? Təbii ki, bu qələbə Azərbaycan futbolunun tanıdılması baxımdan önəmli oldu”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı Amit Quluzadə “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində səfərdə “Benfika” üzərində qazandığı qələbədən (3:2) danışıb, əldə edilən nəticənin sürpriz olmadığını deyib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
11
sportinfo.az

1Mənbələr