AZ

"Arsenal" Fransa millisinin üzvü ilə anlaşdı

"Arsenal" "Real"ın transfer siyahısında yer alan Villiam Salibanı komandada saxlayacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi fransalı futbolçunun müqaviləsinin müddətini uzadacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Arsenal" 24 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə barədə razılıq əldə edib. Futbolçunun maaşı da artırılacaq.

Qeyd edək ki, "Arsenal" Villiam Salibanı 2019-cu ilin yayında "Sent-Etyen"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
7
sportal.az

1Mənbələr