AZ

Rumıniya Azərbaycandan neft idxalını 79%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rumıniya 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 429 milyon 334 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 778 min 615 ton təşkil edib.

Rumıniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 8 ayına nisbətdə 160 milyon 181 min dollar və ya 59,5%, miqdarı isə 334 min 783 ton və ya 79,5% artıb.

Qeyd edək ki, yanvar-avqust aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (9,2 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
9
2
banco.az

10Mənbələr