Qızılın qiyməti tarixdə ilk dəfə 3800 dolları keçib.
7News.Az xəbər verir ki, çərşənbə axşamı Nyu Yorkdakı "Comex" birjasında qızılın dekabr fyuçersləri 1 troy unsiyası üçün 3800 dollar səviyyəsini aşaraq yeni rekord qırıb. Qiymət əvvəlki bağlanışa nisbətən 0,68% artıb.
Eyni zamanda, gümüşün dekabr fyuçersləri də artaraq unsiyası 44,36 dollar səviyyəsinə yüksəlib.