AZ

Xəzəryanı ölkələrin dənizin neft-qaz ehtiyatlarındakı payı açıqlandı

2024-cü ilin nəticələrinə əsasən, Xəzər dənizinin ən böyük neft və qaz-kondensat ehtiyatları 33 % payla Qazaxıstana məxsusdur.

News365.az xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət və logistika" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın payı 29 %, İranın payı 21 %, Türkmənistanın payı 12 %, Rusiyanın payı isə 5 % təşkil edib.

Qaz ehtiyatlarında isə Azərbaycan 34 %-lik göstərici ilə liderdir. Qazaxıstan, Türkmənistan və İranın hər birinin payı təxminən 19 %, Rusiyanın payı isə 9 % təşkil edir.

Seçilən
11
5
news365.az

6Mənbələr