Macarıstan baş nazirinin aparat rəhbəri Qergeli Qulyasın sözlərinə görə, Avropanın Rusiya qazını tamamilə dayandırması ən çox Macarıstana təsir edəcək və ölkəyə 10 milyard dollara başa gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"BVF-nin hesablamalarına görə, Rusiya qazının tamamilə dayandırılması ən çox Macarıstana təsir edəcək və ölkə ÜDM-də hətta 4%-i keçə biləcək itkilərə məruz qala bilər. Bu o deməkdir ki, BVF-nin hesablamalarına görə, qazın dayandırılması 10 milyard dollara başa gələcək", - deyə, o, qeyd edib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto hesab edir ki, ABŞ prezidenti Donald Trampın Avropanın Rusiyadan neft və qazdan imtina etməsi tələbi real deyil.