Bu gün I Liqada üçüncü tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
“Baku Sportinq” Buzovnada “Şimal”ı qəbul edəcək. MOİK isə Binədə “Zaqatala” ilə münasibətlərinə aydınlıq gətirəcək.
MOİK – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 15:30
“Baku Sportinq” – “Şimal”
Hakimlər: Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
Buzovna qəsəbə stadionu, 15:30