AZ

Kenan Yıldız Premyer Liqa yolunda: Bu qiymətə satacaqlar

Türkiyəli hücumçu Kenan Yıldızın adı yenidən Premyer Liqa nəhəngləri ilə hallanır.

Publika.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

“Arsenal” “Yuventus”un 20 yaşlı forvardı ilə maraqlanır. London klubu artıq Turin nəhənginin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Xatırladaq ki, ötən yay “Çelsi” futbolçunun transferi üçün təklif göndərmişdi, lakin Turin klubu buna razılıq verməmişdi. İndi isə “Yuventus” gənc istedadı təxminən 98 milyon avroya qiymətləndirir.

Seçilən
0
1
publika.az

2Mənbələr