AZ

Paşinyan Kremlin qəzəbini soyutmağa çalışır... “Seçkilərə qədər KTMT dən çıxış məsələsini donduracaq”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri təsadüfi deyil. O, “Beynəlxalq atom həftəsi” konfransında iştirak etməklə həm Rusiya ilə münasibətlərin normal olduğunu göstərməyə, həm də Kremlin qəzəbini azaltmağa çalışır”.

“AzPolitika” xəbər verir ki, bunu poliqoloq Elxan Şahinoğlu N.Paşinyanın Moskvaya səfərini şərh edərkən qeyd edib.

Politoloq xatırladıb ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb və Kreml bu mənzərəni dəyişmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Onun fikrincə, “Beynəlxalq atom həftəsi” də məhz bu məqsədə xidmət edir.

E.Şahinoğlu deyib ki, Paşinyan tədbirə qatılmaqla həm də daxildəki rəqiblərinə cavab vermək niyyətindədir. Çünki müxalifət onu Ermənistanı ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşdırıb Qərblə, xüsusən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edir.

E.Şahinoğlu qeyd edib ki, iyun ayında Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edə biləcəyini istisna etməmişdi:

“Bu açıqlama Moskvada ciddi narahatlıq yaratmışdı. Bundan əlavə, onun Avropa İttifaqına üzvlüklə bağlı söylədikləri də Kreml üçün qəbuledilməz idi. Rusiya rəsmiləri açıq şəkildə Paşinyanı seçim qarşısında qoyaraq, “Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı”, – demişdilər”.

Politoloq vurğulayıb ki, sonradan Paşinyan geri addım ataraq Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünü davam etdirəcəyini açıqladı. Bu isə Moskva ilə münasibətləri tam qırmamaq üçün atılmış məcburi addım idi.

E.Şahinoğlu hesab edir ki, Paşinyan ən azı parlament seçkilərinə qədər KTMT-dən çıxış məsələsini gündəmdən kənarda saxlayacaq:“Əks halda, Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirə bilər. Paşinyan seçkilərə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvadakı konfransa qatılması və Putinlə əl sıxması da bu siyasətin göstəricisidir”.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
azpolitika.info

1Mənbələr