Vətəninfo.az xəbər verir ki,Cənubi Xorasan Hava Limanları İdarəsinin rəisi Hüseyn Mezginejad İrəvan Hava Yolları şirkətinin Tehran-Bircənd-Tehran marşrutu üzrə uçuşları bərpa etdiyini açıqlayıb.
Mezginejad bildirib ki, uçuşlar Tehranın Mehrabad hava limanından hər həftənin çərşənbə günü saat 18:00-da başlayacaq, saat 19:30-da Bircənd hava limanına enəcək və saat 20:35-də geri qayıdacaq.
Onun sözlərinə görə, bu reysin yaradılması ilə Bircənd hava limanından həftənin hər günü paytaxta uçuşlar təşkil olunacaq və hava limanında həftəlik uçuşların sayı 22-ə çatacaq.