Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Estoniyanın Narva şəhərindəki muzeyin direktoru qala divarına “Putin hərbi cinayətkardır” yazılmış plakat asdığına və Rusiya başçısını Hitlerə bənzətdiyinə görə, qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu barədə qərar çıxaran Moskva məhkəməsi muzey direktorunu “feyk” hərbi məlumatlar yaymaqda və “nasizmi reabilitasiya etməkdə” ittiham edib.
Müstəntiqlərin fikrincə, 2023-cü ildən 2025-ci ilə qədər muzey direktoru Mariya Smorjevskix-Smirnova "Narva qalasının divarlarından birində Rusiya Prezidentinin təsviri olan plakatların və onun hərbi cinayətlər törətməsi barədə yalan məlumatların yer aldığı yazıların yerləşdirilməsinə köməklik edib".
Qeyd olunur ki, bu muzey Rusiya-Estoniya sərhədini təşkil edən Narva çayının sahilindəki qəsrdə yerləşir. 2023-cü ildən bəri hər il mayın 9-da orada çayın Rusiya sahilindən görünən formada rus dilində “Putin hərbi cinayətkardır” yazılmış və Putinin Hitlerə bənzədildiyi plakat asılır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.