AZ

Trampın Rusiya ilə bağlı mövqeyi dəyişdi – Politoloqdan ŞOK AÇIQLAMA

“ABŞ prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması onun əvvəlki mövqeyi ilə müqayisədə ciddi dəyişikliklərdən xəbər verir. Tramp administrasiyası hakimiyyətə gəldiyi ilk dövrlərdə Moskvaya xüsusi rəğbəti ilə seçilirdi, Vladimir Putini tərifləyir, hətta Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalmalı olduğunu düşünürdü”.

Bu fikirləri KONKRET.az-a politoloq Elçin Xalidbəyli səsləndirib: “Lakin sonrakı proseslərdə Moskvanın imperialist siyasətini davam etdirməsi, sülh danışıqlarına maraq göstərməməsi və Trampın sülh təşəbbüslərini pozması onun mövqeyinə təsir edib.

Azərbaycan

Tramp Rusiyanın Ukrayna ilə yanaşı NATO üzvü ölkələrin hava məkanını pozması, Qərbi hərbi təhdidlərlə şantaj etməsi fonunda mövqeyini dəyişməyə başlayıb. Tramp əvvəllər Ukrayna və Prezident Zelenskini sərt tənqid edirdisə, indi tam əksinə onların mübarizliyini və cəsarətini ön plana çəkir. Hətta Ukraynanın hərbi dəstək artırılacağı təqdirdə işğal olunmuş ərazilərini geri qaytara biləcəyini vurğulayır”.

Politoloq əlavə edib ki, Tramp Rusiyanın aqressiv davranışlarına qarşı NATO ölkələrinin hava məkanını pozan rus obyektlərinin vurulmasını və Ukraynaya ən müasir silahların verilməsini dəstəkləyir. Bu isə onun Moskva ilə münasibətlərdə daha sərt və radikal addımların tərəfdarı olduğunu göstərir.

“Elə görünür ki, Tramp nəhayət Rusiya ilə normal diplomatik anlaşmanın mümkün olmadığını anlayıb və Ukraynanın tərəfində dayanmağa başlayıb. Bu kurs davam edərsə, Rusiya üçün dağıdıcı sanksiyalar və ciddi hərbi təzyiqlər qaçılmaz ola bilər”, – deyə Xalidbəyli vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr