AZ

Polşa Ukrayna səmasında PUA-ları vurmağı planlaşdırır

Polşa hakimiyyəti ölkə silahlı qüvvələrinin xaricdə istifadəsi ilə bağlı qanuna NATO və ya Aİ-nin icazəsi olmadan Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələrini vura bilməsi üçün düzəlişləri müzakirə edir.

“İki sahil” xəbər verir ki,  bu barədə “Gazeta Wyborcza” yazır.

“Hazırda biz Ukrayna və ya Belarus üzərində aviasiya və hava hücumundan müdafiə sistemlərimizdən istifadə edərək Rusiya təyyarələrini, pilotsuz təyyarələrini və ya Polşa sərhədini hələ keçməmiş raketləri vurmaq strategiyasını müzakirə edirik”, - deyə, polşalı ekspert bildirib.

Qeyd olunur ki, Polşa hakimiyyətinin müstəqil şəkildə belə bir qərar qəbul etməsinə mane olan düzəlişi qanuna 2022-ci ildə daxil edilib.

Seçilən
7
ikisahil.az

1Mənbələr